İran Konstitusiya Şurasının müşahidəçisi öldürülüb
Operativ Media
İranda baş verən son etiraz aksiyaları zamanı Konstitusiya Müdafiə Şurasının müşahidəçilərindən biri öldürülüb.
Operativ Media xəbər verir ki, İran Konstitusiya Şurasının sözçüsü Hadi Tahan Nazif ölkədəki son hadisələrlə bağlı açıqlama verib.
O bildirib ki, Qəzvində Şuranın müşahidəçilərindən biri iğtişaşlar zamanı həlak olub.
Tahan Nazif etirazlar zamanı baş verən zorakılıqları və vandalizm aktlarını pisləyərək, hadisələrin arxasında gizli əllər və düşmən qüvvələrin dayandığını vurğulayıb.