İranda SEPAH generalının oğlu öldürülüb
Operativ Media
İranın dövlət mediası İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandirlərindən biri olan general Nurəli Şuştarinin oğlu Fərəcullah Şüştarinin ölümü barədə məlumat yayıb. Hadisə Məşhəd şəhərində baş verib.
Operativ Media xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
SEPAH-a yaxın olan "Tasnim News" Fərəcullah Şüştarinin etirazçılar tərəfindən öldürüldüyünü iddia edir. Lakin bu iddiaları dəstəkləyən heç bir rəsmi sənəd və ya dəlil təqdim edilməyib.
"Tasnim" birbaşa məsuliyyəti etirazçıların üzərinə qoysa da, ölümün təfərrüatı və səbəbi açıqlanmır.
Qeyd olunur ki, Fərəcullah Şüştari əvvəllər Semnan əyalətinin siyasi və təhlükəsizlik məsələləri üzrə qubernator müavini vəzifəsində çalışıb.