Menyu

Pakistanın şimal-qərbində 11 silahlı məhv edilib

Operativ Media
Pakistanın şimal-qərbində 11 silahlı məhv edilib

Pakistan təhlükəsizlik qüvvələri ölkənin şimal-qərbində yerləşən Xayber-Paxtunxva əyalətində keçirilən antiterror əməliyyatları zamanı 11 silahlını məhv edib.

Operativ Media xəbər verir ki, bu barədə Pakistanın Silahlı Qüvvələrinin Xidmətlərarası İctimaiyyətlə Əlaqələr İdarəsi (ISPR) məlumat yayıb.

Məlumata görə, əməliyyatlar Şimali Vəziristan və Kurram dairələrində aparılıb.

ISPR-in mətbuat açıqlamasında bildirilir ki, zərərsizləşdirilən silahlılar hüquq-mühafizə orqanlarının əməkdaşlarına və mülki şəxslərə qarşı hücumlarda iştirak ediblər.

Əməliyyat zamanı onların üzərindən silah və döyüş sursatı aşkarlanıb.

Əlaqəli Xəbərlər