Menyu

Honkonqda çoxmərtəbəli binada yanğın olub

Operativ Media
Honkonqda çoxmərtəbəli binada yanğın olub

Honkonqda (Çin - red.) çoxmərtəbəli binada baş verən yanğından sonra azı bir nəfər ölüb.

Operativ Media xəbər verir ki, Metropolisin şimal-qərbindəki yeni ərazilər adlanan torpaqlarda yerləşən "Yoho Town" yaşayış kompleksində gecə yanğın baş verib.

İlkin məlumatlara görə, yanğına elektrik naqillərindəki nasazlıq səbəb ola bilər.

Yanğının başladığı mənzildə axtarış apararkən xilasedicilər huşsuz vəziyyətdə uzanmış bir kişi və bir qadın aşkar ediblər.

56 yaşlı kişi xəstəxanaya aparılarkən yolda ölüb, 54 yaşlı qadın isə komadadır.

Yanğınsöndürənlər binadan 320 sakini təxliyə ediblər.

Əlaqəli Xəbərlər