Fransada qar uçqunu olub, üç nəfər ölüb
Operativ Media
Fransanın cənub-şərqindəki Savoya departamentinin Val-d'İzer və Areş-Bofor dağ-xizək kurortlarında baş verən qar uçqunları nəticəsində üç xizəkçi həlak olub.
Operativ Media xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb.
Bildirilir ki, bir xizəkçi Areş-Boforda müəyyən edilmiş xizək zolağından kənarda sürərkən həlak olub, onunla birlikdə olan digər şəxs isə ağır kəllə-beyin travması alıb.
İkinci uçqun Val-d'İzerdə baş verib və burada iki nəfər 2.5 metr qar kütləsinin altında qalıb.
Telekanal qeyd edib ki, xilasedicilər xizəkçilərin yerini telefon siqnallarının izlənilməsi vasitəsilə müəyyən edə biliblər.
Hər iki turistin həyatını xilas etmək mümkün olmayıb.