Menyu

İndoneziyada "Grok"a girişi məhdudlaşdırılıb

Operativ Media
İndoneziyada "Grok"a girişi məhdudlaşdırılıb

İndoneziya hakimiyyəti İlon Maskın "xAI" şirkəti tərəfindən hazırlanmış "Grok" adlı süni intellekt çatına müvəqqəti olaraq girişin məhdudlaşdırıldığını elan edib.

Operativ Media xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.

İndoneziya bu cür addım atan ilk ölkədir. Qərarın verilməsinə səbəb "Grok"un təsvir yaratma funksiyasından istifadə edilməklə yolverilməz məzmunun, o cümlədən azyaşlıların iştirakı ilə pornoqrafik materialların hazırlanması olub.

Ölkənin Kommunikasiya və Rəqəmsal Texnologiyalar naziri Meytiya Hafid bildirib ki, seksual dipfeyklər insan hüquqları və vətəndaşların rəqəmsal təhlükəsizliyi üçün ciddi təhlükə yaradır.

Hakimiyyət orqanları məsələ ilə bağlı sosial şəbəkə "X"in nümayəndələrini izahat vermək üçün çağırıblar.

İlon Mask isə açıqlamasında qeyd edib ki, "Grok" vasitəsilə qanunsuz məzmun yaradan istifadəçilər, həmin materialları birbaşa yükləmiş kimi, eyni hüquqi məsuliyyəti daşıyacaqlar.

Əlaqəli Xəbərlər