Pezeşkian: İran höküməti dəyişiklikləri həyata keçirməyə hazırdır
Operativ Media
"İran hökuməti qanuni etirazlarla iğtişaşları bir-birindən fərqləndirir və bütün zəruri dəyişiklikləri həyata keçirməyə hazırdır".
Operativ Media xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian xalqa dövlət televiziya ilə müraciətində bildirib.
Prezident deyib: "Biz xalqın səsini dinləməyə hazırıq və iqtisadi islahatları davam etdirmək əzmindəyik. Biz iranlıları tələblərini aydın şəkildə ifadə etmək üçün küçələrə çıxmağa və iğtişaşların qızışdırıcılarının mövcud etirazların səbəblərini təhrif etməsinə imkan verməməyə çağırırıq".