Menyu

İranda iğtişaşlarda həlak olanların xatirəsinə üç günlük matəm elan edilib

Operativ Media
İranda iğtişaşlarda həlak olanların xatirəsinə üç günlük matəm elan edilib

İran hökuməti iğtişaşlar zamanı həlak olanlar üçün üç günlük milli matəm elan edib.

Operativ Media xəbər verir ki, müvafiq bəyanat dövlət televiziya və radio kanallarında yayımlanıb.

Bəyanatda bildirilir ki, İranın ABŞ və İsrailə qarşı milli mübarizəsi zamanı həlak olanların xatirəsi anılacaq. Bəyanatda İran Prezidenti Məsud Pezeşkyanın da matəm mərasimində iştirak edəcəyi vurğulanır və ölkə vətəndaşları 12 yanvarda keçiriləcək milli yürüşə qoşulmağa çağırılır.

Qeyd edək ki, 29 dekabr 2025-ci ildə İran rialının kəskin ucuzlaşması səbəbindən Tehranda tacirlər etiraz aksiyalarına başlayıblar. Dekabrın 30-da tələbələr də aksiyalara qoşulublar. Etirazlar qısa müddətdə ölkənin əksər böyük şəhərlərinə yayılıb. Yanvarın 2-də küçələrdə naməlum silahlı qruplar peyda olub və iğtişaşçılarla hüquq-mühafizə orqanları arasında silahlı toqquşmaların sayı artıb. İran hakimiyyəti iğtişaşçıları terrorçu adlandırıb və baş verən hadisələrə görə İsrail və ABŞ-ni günahlandırıb.

Son məlumatlara görə, ölkənin müxtəlif bölgələrində baş verən silahlı hücumlar nəticəsində azı 38 İran hüquq-mühafizə orqanı əməkdaşı həlak olub.

Əlaqəli Xəbərlər