Menyu

KİV: Tramp İrana qarşı birbaşa hərbi əməliyyata qərar verməyib

Operativ Media
KİV: Tramp İrana qarşı birbaşa hərbi əməliyyata qərar verməyib

ABŞ Prezidenti Donald Tramp İrana mümkün müdaxilə zamanı ölkəyə hərbçilərin yerləşdirilməsi variantını nəzərdən keçirmir.

Operativ Media xəbər verir ki, bu barədə CNN Ağ Evdəki rəsmi şəxsə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, İrandakı etirazların onlarla ölüm və həbslə nəticələnməsi səbəbindən son günlərdə ABŞ Prezidentinə müxtəlif müdaxilə planları barədə məlumat verilib. Telekanalın həmsöhbəti qeyd edib ki, müzakirələr zamanı Vaşinqtonun hərbi gücdən birbaşa istifadəsini nəzərdə tutmayan variantlar da nəzərdən keçirilib.

"Amerikalı rəsmilərin bildirdiyinə görə, prezidentə təqdim olunan bir sıra variantlar Tehranın etirazları yatırmaq üçün istifadə etdiyi təhlükəsizlik xidmətlərinə zərbə endirməyə yönəlib", - materialda deyilir.

Bununla belə, telekanal qeyd edib ki, Tramp müdaxilə ilə bağlı hələ yekun qərar verməyib, lakin İrana qoşun yeritmədən tədbirlər görmək imkanlarını dəyərləndirir.

Əlaqəli Xəbərlər