ABŞ dollarının qlobal valyuta ehtiyatlarında payı təxminən 40%-ə düşüb
Şəfa Hüseynli
ABŞ dollarının qlobal valyuta ehtiyatlarında payı təxminən 40%-ə düşüb ki, bu da son 20 ilin ən aşağı səviyyəsidir.
Operativ Media xəbər verir ki, bu barədə "The Kobeissi Letter" nəşri məlumat yayıb.
"Son 10 ildə bu pay 18 faiz bəndi azalıb. Eyni dövrdə qızılın payı 12 faiz bəndi artaraq 28%-ə çatıb ki, bu da 1990-cı illərin əvvəllərindən bəri ən yüksək səviyyədir. Qızıl hazırda qlobal valyuta ehtiyatlarının ümumi həcminə avro, yen və funt sterlinqdən daha çoxdur", - deyə nəşr yazır.