Türkiyə və Özbəkistan XİN rəhbərləri arasında telefon danışığı olub
Şəfa Hüseynli
Türkiyənin xarici işlər naziri Hakan Fidan Özbəkistanın xarici işlər naziri Bəxtiyor Saidovla telefon danışığı aparıb.
Operativ Media xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, həmkarlar arasında ikitərəfli münasibətlər və regional qiymətləndirmələr müzakirə olunub. Planlaşdırılan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasına hazırlıqlar nəzərdən keçirilib.