MDB Aviasiya və Hava Məkanından İstifadə Şurasına sədrlik Tacikistana keçib
Şəfa Hüseynli
1 yanvar 2026-cı il tarixindən etibarən Müstəqil Dövlətlər Birliyinin (MDB) Aviasiya və Hava Məkanından İstifadə Şurasına sədrlik Tacikistan Respublikasına keçib.
Operativ Media xəbər verir ki, bu barədə Tacikistan Respublikası Hökuməti yanında Mülki Aviasiya Agentliyi məlumat yayıb.
Şuranın sədrliyinin səlahiyyətləri Rusiya Federasiyasından Tacikistan Respublikasına verilib və sədrliyin müddəti üç ildir.
Şuranın fəaliyyəti Tacikistanın səlahiyyətli nümayəndəsi - Tacikistan Respublikası Hökuməti yanında Mülki Aviasiya Agentliyinin direktoru Həbibullo Nazarzodanın sədrliyi ilə həyata keçirilir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net