Menyu

Venesuela əməliyyatı zamanı Rusiya istehsalı HHM sistemləri radarlara qoşulmayıb

Əsəd Abbaslı
Venesuela əməliyyatı zamanı Rusiya istehsalı HHM sistemləri radarlara qoşulmayıb

Rusiyanın Venesuelaya tədarük etdiyi hava hücumundan müdafiə (HHM) sistemləri ABŞ-nin hərbi əməliyyatı zamanı radarlara qoşulu olmayıb.

Operativ Media xəbər verir ki, bu barədə "The New York Times" qəzeti amerikalı rəsmilərə istinadən məlumat yayıb.

Məlumata görə, Venesuela 2009-cu ildə Rusiyadan HHM sistemləri alıb.

Ölkəyə xüsusilə “Buk-M2” və S-300 zenit-raket kompleksləri tədarük edilib. Lakin NYT mənbələrinin bildirdiyinə görə, Venesuela bu sistemlərin istismarını və texniki xidmətini tam şəkildə qura bilməyib.

Buna səbəb, silahları xidmətə yararlı saxlayacaq hazırlıqlı mütəxəssislərin çatışmazlığı olub. Əməliyyat zamanı sistemlərin bəzi komponentləri ümumiyyətlə istismara verilməmiş vəziyyətdə qalıb.

Qəzet Venesuelada MKİ-nin keçmiş rezidentura rəhbəri Riçard de la Torrenin sözlərini sitat gətirib: “İllərlə davam edən korrupsiya, zəif logistika və sanksiyalar, şübhəsiz ki, Venesuelanın HHM sistemlərinin döyüş hazırlığını zəiflədib.”

Onun sözlərinə görə, Rusiyanın Ukraynadakı öz hərbi ehtiyacları Venesuelada bu sistemlərin fəaliyyətinin dəstəklənməsi imkanlarını məhdudlaşdırıb.

Qeyd edək ki, həmin əməliyyat çərçivəsində ölkə prezidenti Nikolas Maduro ələ keçirilib. 

Əlaqəli Xəbərlər