Menyu

ABŞ 100 mindən çox vizanı ləğv edib

Operativ Media
ABŞ 100 mindən çox vizanı ləğv edib
1 dəq oxu

ABŞ Dövlət Departamenti 100 mindən artıq vizanın ləğv edildiyini açıqlayıb.

Operativ Media xəbər verir ki, məlumat qurumun “X” sosial şəbəkəsində yayımladığı rəsmi paylaşımda yer alıb.

Bildirilib ki, hüquq-mühafizə orqanları ilə daha əvvəl cinayət fəaliyyəti ilə bağlı təmasda olmuş şəxslərə verilən vizalar da daxil olmaqla, ümumilikdə 100 mindən çox viza ləğv olunub.

Bu siyahıya təxminən 8 min tələbə vizası və 2,5 min ixtisaslaşdırılmış iş vizası da daxildir.

Qeyd olunub ki, bu kateqoriyaya daxil olan şəxslərin deportasiyası ABŞ-ın milli təhlükəsizliyinin təmin edilməsi məqsədilə davam etdiriləcək.

Əlaqəli Xəbərlər