Menyu

CBS ABŞ-nin İrana qarşı mümkün güc tətbiqi planlarının detallarını açıqlayıb

Operativ Media
CBS ABŞ-nin İrana qarşı mümkün güc tətbiqi planlarının detallarını açıqlayıb

Amerika administrasiyası hava qüvvələri və uzaqmənzilli raketlərdən istifadəni İrana qarşı mümkün hərbi müdaxilənin əsas elementi hesab edir.

Operativ Media xəbər verir ki, bu barədə CBS telekanalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ Prezidenti Donald Trampa İrandakı mövcud vəziyyətə mümkün cavab variantları təqdim olunub. Həmin variantlara kiberməkan əməliyyatları, eləcə də komandanlıq strukturlarının, rabitə sistemlərinin və dövlət mediasının fəaliyyətini pozmağa yönəlmiş psixoloji kampaniyalar daxildir. Mənbələrin bildirdiyinə görə, bu tədbirlər təkbaşına və ya ənənəvi hərbi güclə paralel şəkildə tətbiq oluna bilər.

CBS qeyd edir ki, hava qüvvələri və uzaqmənzilli raketlər istənilən potensial hərbi cavab ssenarisinin əsas komponentləri olaraq qalır. Kanalın mənbələrinə əsasən, Pentaqon rəsmiləri rəqəmsal məkanda münaqişənin yalnız hərbi zərbələrlə məhdudlaşmadığı, uzunmüddətli əməliyyatları və psixoloji təzyiq kampaniyalarını da əhatə etdiyi ssenariləri nəzərdən keçirirlər.

CBS-in vurğuladığına görə, ABŞ Müdafiə Nazirliyi münaqişənin gedişində informasiya və kiber məkanın mühüm rol oynayacağını istisna etmir.

Əlaqəli Xəbərlər