Menyu

Kuril adaları yaxınlığında 5,6 maqnitudalı zəlzələ baş verib

Operativ Media
Kuril adaları yaxınlığında 5,6 maqnitudalı zəlzələ baş verib

Seysmoloqlar Kuril adaları yaxınlığında 5,6 maqnitudada zəlzələ qeydə alıblar.

Operativ Media-nın məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin regional bölməsinin Yujno-Saxalinsk seysmik stansiyası məlumat verib.

Təbiət hadisəsi hiss olunub.

Zəlzələ Saxalin vaxtı ilə saat 11:34-də (Bakı vaxtı ilə saat 04:34) qeydə alınıb. Zəlzələ ocağı dəniz dibinin 49 kilometr dərinliyində, episentri isə Severo-Kurilsk şəhərindən 194 kilometr cənubda yerləşib.

Yeraltı təkanların Severo-Kurilskdə 2 maqnitudada hiss olunduğu güman edilir.

Əlaqəli Xəbərlər