Qrenlandiyanın ABŞ-yə qoşulmasını təklif edən qanun layihəsi Nümayəndələr Palatasında qəbul edilib
Şəfa Hüseynli
ABŞ Konqresinin Respublikaçı üzvü Rendi Fayn Nümayəndələr Palatasına "Qrenlandiyanın ABŞ-yə könüllü qoşulması" təklif edən qanun layihəsi təqdim edib.
Operativ Media xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Respublikaçı Florida nümayəndəsi Fayn yazılı açıqlama verərək Nümayəndələr Palatasına "Qrenlandiyanın ilhaq edilməsi və dövlətçilik qanunu" adlı qanun layihəsi təqdim etdiyini açıqlayıb.
Bəyanatında Fayn qanun layihəsinin Qrenlandiyanın 51-ci ştat olaraq könüllü olaraq ABŞ-yə qoşulmasına imkan verəcəyini və Donald Tramp administrasiyasına lazımi addımları atmaq səlahiyyəti verəcəyini vurğulayıb.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma