İspaniyada 10 ton kokain daşıyan gəmi müsadirə edilib
Şəfa Hüseynli
İspaniya polisi tarixdə ən böyük kokain müsadirəsini həyata keçirib.
Operativ Media xəbər verir ki, bu barədə İspaniya KİV məlumat yayıb.
Braziliyadan Avropaya gedən gəmidə 10 ton narkotik aşkar edilib. Kamerun bayrağı altında üzən gəmidə duz yükünün arasında gizlədilmiş 294 kisə kokain olub.
Gəmi təxminən 12 saat yanacaqsız dənizdə qalıb və İspaniya dəniz xilasetmə xidməti onu Kanar adalarına yedəkləyib.
Polis bildirib ki, istintaq Cənubi Amerikadan Avropaya külli miqdarda kokain ixrac etməkdə şübhəli bilinən çoxmillətli bir təşkilatı hədəf alıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net