Menyu

Meta Rusiyaya bağlı dezinformasiya şəbəkələrini ifşa edib – onlarla səhifə silinib

Operativ Media
Meta Rusiyaya bağlı dezinformasiya şəbəkələrini ifşa edib – onlarla səhifə silinib

Meta ("Facebook", "Instagram", "Whatsapp") 2025-ci ilin dekabrında açıqladığı "Adversarial Threat Report" çərçivəsində Rusiya ilə əlaqəli koordinasiya olunmuş saxta fəaliyyətlərə qarşı tədbirlər gördüyünü bəyan edib. 

Operativ Media xəbər verir ki, hesabata əsasən, Rusiya mənşəli təsir şəbəkələri müxtəlif ölkələrdə, əsasən də Qərb cəmiyyətlərini hədəf alaraq siyasi proseslər, Ukrayna müharibəsi və ictimai-sosial mövzular ətrafında manipulyativ məzmun yaymaqla məşğul olub. Meta bu fəaliyyətlərin qarşısını almaq məqsədilə onlarla Facebook və Instagram hesabını, eləcə də bir neçə iri xəbər səhifəsini silib.

Şirkət bildirir ki, Rusiya ilə əlaqəli şəbəkələr saxta media resursları, koordinasiyalı hesablar və üçüncü ölkələrdə yerləşən vasitəçilər üzərindən fəaliyyət göstərib. 2025-ci ildə bu kampaniyalarda süni intellekt alətlərindən istifadənin artdığı da hesabatda xüsusi qeyd olunub. Bununla belə, Meta-nın davranış əsaslı aşkarlama mexanizmləri bu cür fəaliyyətlərin operativ şəkildə müəyyən edilməsinə imkan verib.

Meta vurğulayır ki, Rusiya təsir əməliyyatları davam etsə də, platformalarda tətbiq olunan sərt təhlükəsizlik tədbirləri onların effektivliyini əhəmiyyətli dərəcədə azaldıb.

Qeyd edək ki, ötən il ETX-nin müraciəti ilə Azərbaycanda da bu cür fəaliyyət göstərən Rusiya səhifələri bağlanmışdı.

Əlaqəli Xəbərlər