Tokayev ABŞ ilə danışıqlar prosesində nümayəndə təyin edib
Şəfa Hüseynli
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ABŞ ilə danışıqlar prosesində nümayəndə təyin edib.
Operativ Media xəbər verir ki, bu barədə Akorda məlumat yayıb.
Sərəncama əsasən, Qazaxıstan Respublikasının Cenevrə şəhərindəki BMT və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Kazıxan Yerjan Xozeuliyə ikitərəfli əməkdaşlığın cari məsələləri üzrə ABŞ ilə danışıqlar prosesində Qazaxıstan Prezidentinin nümayəndəsi vəzifələri həvalə edilib.