Tramp iranlı vətənpərvərləri etirazları davam etdirməyə çağırıb
Operativ Media
ABŞ prezidenti Donald Tramp İran rəsmiləri ilə planlaşdırılan bütün görüşləri ləğv etdiyini bəyan edib.
Operativ Media xəbər verir ki, o, bu barədə paylaşım edib.
Trampın sözlərinə görə, etirazçılara qarşı “mənasız qətllər” dayandırılanadək İranın rəsmi nümayəndələri ilə heç bir təmas olmayacaq.
O, həmçinin iranlıları hökumətə qarşı etirazları davam etdirməyə çağırıb, dövlət qurumlarının ələ keçirilməsinə səsləyib və zorakılıqda iştirak edən şəxslərin adlarının yadda saxlanılmasını tələb edib.
ABŞ prezidenti etirazçılara “yardımın yolda olduğunu” da vurğulayıb.