Zaxarova İranda olan Rusiya vətəndaşlarına çağırış edib
Rusiya İranın daxili siyasi proseslərinə xarici müdaxiləni qətiyyətlə pisləyir.
Operativ Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Onun sözlərinə görə, İranın daxili işlərinə yönəlmiş hər hansı dağıdıcı xarici müdaxilə qəbuledilməzdir.
Zaxarova eyni zamanda İranda olan Rusiya vətəndaşlarına ehtiyatlı davranmağı və ağlabatan təhlükəsizlik tədbirlərinə riayət etməyi tövsiyə edib.
O, qeyd edib ki, İranda daxili siyasi vəziyyətin dinamikası və süni şəkildə qızışdırılan etirazların səngiməsi vəziyyətin sabitləşəcəyinə ümid yaradır.
Diplomatın sözlərinə görə, İrana düşmən xarici qüvvələr İran dövlətini zəiflətməyə çalışır və “rəngli inqilablar” metodlarından istifadə edir.
O, həmçinin İranın xarici tərəfdaşlarını ticarət rüsumlarının artırılması ilə şantaj etmək cəhdlərinin qəbuledilməz olduğunu vurğulayıb.
Mariya Zaxarova əlavə edib ki, Rusiyanın İrandakı diplomatik nümayəndəlikləri adi rejimdə fəaliyyət göstərir və Rusiya vətəndaşları ilə daimi əlaqə saxlanılır.