NATO ABŞ-nin mövqeyinə qarşı hərəkət etməyəcək
Əsəd Abbaslı
NATO Qrenlandiya məsələsində ABŞ-nin mövqeyinə qarşı hərəkət etməyəcək.
Operativ Media xəbər verir ki, bu barədə Almaniya müdafiə naziri Boris Pistorius açıqlama verib.
O, əlavə edib ki, Almaniya adanın təhlükəsizliyinin təmin olunmasında müəyyən rol oynayacaq, lakin bu rolun hansı formada həyata keçiriləcəyi Danimarka ilə sıx koordinasiya şəraitində müəyyən ediləcək.
Pistorius vurğulayıb ki, Almaniyanın məqsədi regional təhlükəsizliyin təmin olunmasına töhfə verməkdir və qərarlar Vaşinqtonun mövqeyi nəzərə alınmaqla veriləcək.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net