Qara dənizdə iki neft tankeri PUA hücumuna məruz qalıb
Əsəd Abbaslı
Qara dənizdə Xəzər Boru Kəməri Konsorsiumu (CPC) terminalı yaxınlığında iki tanker pilotsuz təyyarələrin hücumuna məruz qalıb.
Operativ Media xəbər verir ki, bu barədə Qazaxıstanın Energetika Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, hücuma məruz qalan tankerlər "Liberiya" və "Malta" bayraqları altında üzürdü və Qazaxıstandan neft daşımalı idilər.
Hadisənin nəticələri və tankerlərə dəymiş zərər barədə hələ ətraflı məlumat verilməyib.
Energetika Nazirliyi vəziyyətlə bağlı araşdırmaların davam etdiyini və təhlükəsizlik tədbirlərinin gücləndirildiyini bildirib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net