Kallas: ABŞ Avropa İttifaqı üçün əvəzolunmaz müttəfiqdir
Əsəd Abbaslı
ABŞ-Aİ münasibətləri pisləşib, əməkdaşlıq isə davam edir.
Operativ Media xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici siyasət rəhbəri Kaya Kallas açıqlama verib.
"ABŞ Avropa İttifaqı üçün hələ də əvəzolunmaz müttəfiqdir. Lakin Vaşinqton və Brüssel arasındakı münasibətlər son dövrlərdə pisləşib" , - deyə o vurğulayıb.
Kallas bildirib ki, fikir ayrılıqları olsa da, Aİ ilə ABŞ arasındakı əməkdaşlıq dayandırılmayacaq.
O, strateji tərəfdaşlığın region və dünya üçün əhəmiyyətini vurğulayıb.