Menyu

Vaşinqtonda Bakı ilə İrəvan arasında sülhün daha da təsisatlaşdırılmasının vacibliyi vurğulanıb - YENİLƏNİB

Operativ Media
Vaşinqtonda Bakı ilə İrəvan arasında sülhün daha da təsisatlaşdırılmasının vacibliyi vurğulanıb - YENİLƏNİB

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonda görüşüblər.

Operativ Media xəbər verir ki, tərəflər Ermənistan və ABŞ arasında strateji tərəfdaşlığın inkişaf dinamikasını və əldə edilmiş razılaşmaların həyata keçirilməsini məmnuniyyətlə qeyd ediblər.

Mirzoyan və Rubio 8 avqust 2025-ci ildə Vaşinqton Sülh Sammitində əldə edilən razılaşmaların həyata keçirilməsinin gedişatını müzakirə ediblər.

Hər iki tərəf Bakı ilə İrəvan arasında sülhün daha da təsisatlaşdırılmasının vacibliyini vurğulayıb və bu istiqamətdə addımlar atılmasını nəzərdən keçirib.

Ermənistanın xarici işlər naziri və ABŞ dövlət katibi iki ölkə arasında Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu (TRIPP) layihəsinin həyata keçirilməsi üçün çərçivə sazişi ilə bağlı birgə bəyannaməni təsdiqləyiblər və razılaşdırıldığı kimi, bu bəyanat Vaşinqton vaxtı ilə saat 17:00-da ((14 yanvar saat 02:00 - Bakı vaxtı ilə) dərc olunacaq.

22:57

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ-nin dövlət katibi Marko Rubio Ermənistan-ABŞ strateji tərəfdaşlığının inkişaf dinamikasını müzakirə ediblər.

Operativ Media xəbər verir ki, görüş zamanı tərəflər razılaşmaların, birgə təşəbbüslərin və gələcək perspektivlərin həyata keçirilməsini nəzərdən keçiriblər.

Həmçinin, TRIPP layihəsi çərçivəsində Ermənistan-ABŞ İcra Çərçivəsi üzrə birgə bəyanat təsdiqlənib.

Əlaqəli Xəbərlər