Rubio: TRIPP razılaşması prosesdə iştirak edən bütün tərəflər üçün faydalıdır
Operativ Media
TRIPP razılaşması suverenlik və ərazi bütövlüyünə xələl gətirmədən iqtisadi fəaliyyətə və rifaha açılmağın mümkünlüyünü göstərən dünya üçün model olacaq.
Operativ Media xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Marko Rubio açıqlama verib.
O qeyd edib ki, razılaşma Ermənistan, ABŞ və prosesdə iştirak edən bütün tərəflər üçün faydalıdır.
Dövlət katibi əlavə edib ki, ABŞ bu prosesə sadiqdir və irəliləmək üçün mühüm addımlar atılır.