Tramp: “Qərar qəbul edərkən yüksək əxlaqi standartlara əsaslanıram”
Operativ Media
ABŞ Prezidenti Donald Tramp beynəlxalq səhnədəki əsas məhdudiyyətinin öz əxlaqı olduğu iddiasını bir daha təkrarlayıb. O
Operativ Media xəbər verir ki, o bu açıqlamanı yanvarın 13-də CBS telekanalına verdiyi müsahibədə səsləndirib.
“Mən əxlaqdan danışıram. Mən yüksək əxlaqlı insanam. Ölümü izləməyi, xalqımızın əzab çəkməsini sevmirəm. Həmçinin qarşı tərəfdəki insanların əzab çəkməsini də xoşlamıram”, – deyə Tramp beynəlxalq səviyyədə qərar qəbul edərkən onu nəyin məhdudlaşdırdığı ilə bağlı suala cavab verərkən bildirib.
“Venesuelaya daxil olanda heç bir itki vermədik, amma digər tərəfdən çoxlu insan öldü. Mən bunu bəyənmirəm”, – deyə Tramp sözlərinə davam edib. “Beləliklə, bəli, [qərar qəbuletmə] əxlaqla məhdudlaşır və mənim çox yüksək əxlaqi standartlarım var. Məhz buna görə də bu, məhdudlaşdırılır”, – deyə Ağ Evin sakini vurğulayıb.
Baş komandan kimi səlahiyyətlərinin ABŞ Konstitusiyası və məhkəmələr tərəfindən məhdudlaşdırılıb-məhdudlaşdırılmadığı ilə bağlı əlavə suala Tramp belə cavab verib: “Bu, öz-özünə aydındır”.
Daha əvvəl The New York Times qəzetinə verdiyi müsahibədə Tramp səlahiyyətlərinin yalnız “öz əxlaqı” ilə məhdudlaşdığını bildirmiş, eyni zamanda beynəlxalq hüququn və hərbi gücdən istifadəyə qoyulan digər məhdudiyyətlərin əhəmiyyətini rədd etmişdi.