Menyu

İranın BMT-dəki səfiri: "Respublikada mülki əhalinin ölümündə ABŞ və İsrail günahkardır"

Operativ Media
İranın BMT-dəki səfiri: "Respublikada mülki əhalinin ölümündə ABŞ və İsrail günahkardır"

ABŞ və İsrail hakimiyyətinin İranda günahsız mülki şəxslərin öz hərəkətləri nəticəsində ölümünə görə birbaşa hüquqi məsuliyyət daşıyırlar.

Operativ Media xəbər verir ki, bu barədə İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvaninin BMT-nin Baş katibi Antonio Quterreşə və Təhlükəsizlik Şurasının sədri Əbukar Dahir Osmana ünvanladığı məktubda qeyd olunub.

İrəvani vurğulayıb ki, ABŞ Prezidenti Donald Trampın həmin gün açıq şəkildə səsləndirdiyi və “təsisatların ələ keçirilməsi” çağırışı ilə bağlı bəyanatı 2025-ci ilin iyununda İran İslam Respublikasına qarşı aparılmış 12 günlük təcavüz müharibəsinin fəlakətli nəticələri kontekstində dəyərləndirilməlidir. Onun sözlərinə görə, bu bəyanat maksimum təzyiq kampaniyasının, qanunsuz birtərəfli sanksiyaların sərtləşdirilməsinin, sosial və iqtisadi sahələrdə məqsədyönlü qeyri-sabitliyin yaradılmasının, eləcə də gənclərin İran hökumətinə qarşı hərəkətə keçməyə təhrik edilməsinin tərkib hissəsi olan daha geniş rejim dəyişikliyinə yönəlmiş siyasətin ayrılmaz elementi kimi başa düşülməlidir.

Məktubda qeyd olunub ki, ABŞ və İsrail rejimləri nəticədə baş verən günahsız mülki şəxslərin, xüsusən də gənclərin ölümünə görə birbaşa və danılmaz hüquqi məsuliyyət daşıyır.

Əlaqəli Xəbərlər