Menyu

Polşa Qrenlandiya məsələsində Aİ, Danimarka və ABŞ arasında vasitəçilik etmək niyyətindədir

Operativ Media
Polşa Qrenlandiya məsələsində Aİ, Danimarka və ABŞ arasında vasitəçilik etmək niyyətindədir

Varşava Qrenlandiya məsələsində Danimarka, Aİ və ABŞ arasında əlaqələndirici rol oynadığını iddia edir.

Operativ Media xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış TVN24 telekanalına müsahibəsində bildirib.

Kosinyak-Kamış qeyd edib ki, “Polşa Aİ, Danimarka və ABŞ arasında əlaqələndirici rolunu üzərinə götürəcək və tərəfləri əməkdaşlığa təşviq edəcək”. Nazir əlavə edib ki, “ABŞ-nin əməliyyatlar aparmaq üçün orada — Qrenlandiyada — uyğun bir məkana sahib olmasını istərdim ki, onların təhlükəsizliyi heç bir şəkildə risk altına düşməsin”.

Yanvarın 13-də Böyük Britaniyanın Baş naziri Kir Starmer ilə görüşdən sonra Polşa Prezidenti Karol Navrotski Danimarka və ABŞ arasında Qrenlandiya məsələsinin diplomatik yollarla həllini dəstəklədiyini bəyan edib.

ABŞ Prezidenti Donald Tramp dəfələrlə Qrenlandiyanın ABŞ-yə birləşdirilməsinin vacibliyini vurğulayıb. O, ilk prezidentlik müddətində Qrenlandiyanı satın almağı təklif edib, 2025-ci ilin martında isə adanın ilhaq edilə biləcəyinə əminliyini ifadə edib. Ağ Evin aparat rəhbərinin müavini Stiven Miller daha əvvəl Danimarkanın ada üzərində nəzarət hüququnu şübhə altına alaraq, Qrenlandiyanın ABŞ-nin bir hissəsinə çevrilməli olduğunu bildirib.

Qrenlandiya Danimarkanın muxtar ərazisidir. 1951-ci ildə Vaşinqton və Kopenhagen NATO üzrə müttəfiqlik öhdəliklərinə əlavə olaraq Qrenlandiyanın Müdafiəsi haqqında Müqavilə imzalayıblar. Həmin sənədə əsasən, ABŞ adanı mümkün təcavüzdən qorumaq öhdəliyini üzərinə götürüb.

Əlaqəli Xəbərlər