Menyu

NASA-nın Marsdan nümunələr gətirmək missiyası ləğv edilib

Şəfa Hüseynli
NASA-nın Marsdan nümunələr gətirmək missiyası ləğv edilib

Mars tədqiqatlarının zirvəsi hesab edilən və planetdə qədim həyatın izlərinin olub-olmadığını qəti şəkildə sübut etməsi gözlənilən Mars Nümunə Qaytarılması (MSR) missiyası bürokratik maneələr səbəbindən ləğv edilib.

Operativ Media xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Bildirilib ki, ABŞ Konqresinin büdcə kəsirləri NASA-nın ən iddialı layihələrindən birinə son qoyub.

Missiyanın ləğvində ən böyük amil layihənin böyük dəyəri və texniki mürəkkəbliyi olub. Yeni dizaynlarla 11 milyard dollarlıq ilkin qiymətləndirmələr 7 milyard dollara endirilib, lakin Konqres bu rəqəmləri çox yüksək hesab etdiyini qeyd edib.

Əlaqəli Xəbərlər