Menyu

Ermənistan "Tramp marşrutu"nu ABŞ-yə 49 il müddətinə icarəyə verəcək

Şəfa Hüseynli
Ermənistan "Tramp marşrutu"nu ABŞ-yə 49 il müddətinə icarəyə verəcək

Ermənistan "Tramp marşrutu"nu ABŞ-yə 49 il müddətinə icarəyə verəcək.

Operativ Media xəbər verir ki, bu barədə  Ermənistan Xarici İşlər Nazirliyinin Ermənistan və ABŞ arasında "Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" (TRIPP) layihəsinin həyata keçirilməsi üzrə çərçivə sazişi ilə bağlı birgə bəyanatında bildirilir.

Bildirilib ki, layihədə ABŞ-nin payı 74%-ə çatacaq.

"Ermənistan TRIPP İnkişaf Şirkətinin yaradılmasına icazə vermək və onu asanlaşdırmaq niyyətindədir. Şirkətin TRIPP-nin inkişafına cavabdeh olması və ona ilkin olaraq 49 il müddətinə inkişaf hüquqlarının verilməsi gözlənilir. Ermənistan ABŞ-a TRIPP İnkişaf Şirkətində 74% pay təklif etmək və 26% payı saxlamaq niyyətindədir. Bu əməkdaşlığın daha 50 il uzadılması və Ermənistan hökumətinin əlavə mülkiyyət hüququ alması və bununla da onun payının 49%-ə çatdırılması gözlənilir". - Ermənistan Xarici İşlər Nazirliyi tərəfindən dərc edilmiş sənəddə qeyd edilib.

Əlaqəli Xəbərlər