Qazaxıstan Parlamenti ixrac mallarının mənşəyinə nəzarət haqqında AİB sazişini ratifikasiya edib
Şəfa Hüseynli
Qazaxıstan Parlamentinin Məclisi Avrasiya İqtisadi Birliyindən kənara ixrac edilən malların mənşəyinin müəyyən edilməsi və təsdiqlənməsi üçün vahid qaydalar haqqında Sazişi təsdiqləyib.
Operativ Media xəbər verir ki, sənəd 4 dekabr 2023-cü ildə imzalanıb.
Saziş, ixrac zamanı malların mənşə ölkəsini təsdiqləmək üçün AİB üzv dövlətlərinin yanaşmalarını birləşdirməyi və bu sahədə dövlət nəzarəti üçün vahid prosedur müəyyən etməyi hədəfləyir.
Qeyd edildiyi kimi, sənədin tətbiqi Qazaxıstan mallarının, o cümlədən Qazaxıstanın qadağa və məhdudiyyətlər tətbiq etdiyi məhsulların digər Birlik üzv dövlətlərinin ərazilərindən ixracına nəzarəti təmin edəcək.