Qırğızıstan və Özbəkistan sərhəd keçiriciliyini optimallaşdırırlar
Şəfa Hüseynli
Qırğızıstanın xarici işlər nazirləri Cinbek Kulubayev və Özbəkistanın xarici işlər nazirləri Bəxtiyor Saidov fasiləsiz yük tranzitinin təmin edilməsi və regional ticarətin artması üçün şərait yaradılması məqsədilə səylərin əlaqələndirilməsinin vacibliyini vurğulayıblar.
Operativ Media xəbər verir ki, bu barədə Qırğızıstanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Tərəflər cari əməkdaşlıq məsələlərini müzakirə edərək, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafına və gömrük sərhəd keçid məntəqələrinin optimallaşdırılmasına xüsusi diqqət yetiriblər.