Hindistan Ekvadordan ilk neft yükünü alıb
Şəfa Hüseynli
Hindistan enerji təchizatı mənbələrini genişləndirmək səylərinin bir hissəsi olaraq Ekvador neftinin ilk partiyasını alıb.
Operativ Media xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Agentliyin məlumatına görə, mart ayının sonuna qədər çatdırılması üçün iri neft və qaz korporasiyası olan "Indian Oil Corp" tərəfindən tender yolu ilə 2 milyon barel "Ekvador Oriente" xam nefti alınıb.
Agentlik qeyd edir ki, bu strateji əhəmiyyətli alış, ABŞ və Aİ-nin Rusiya neftinin Hindistana tədarükünə qarşı tətbiq etdiyi sanksiyalar fonunda karbohidrogen idxalını şaxələndirmək üçün həyata keçirilib.