Menyu

Kobaxidze Qaribaşvilinin həbsinə münasibət bildirib

Operativ Media
Kobaxidze Qaribaşvilinin həbsinə münasibət bildirib

Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkənin sabiq Baş naziri İrakli Qaribaşvilinin saxlanılması ilə bağlı mövqeyini açıqlayıb.

Operativ Media xəbər verir ki, bu barədə "24News.ge" məlumat yayıb. 

Baş nazirin sözlərinə görə, məsələ tam şəkildə ədliyyənin səlahiyyətinə daxildir və o, bu mövzu ilə bağlı əlavə şərh verə bilməz.

“Baş verənlər ədliyyənin işidir. Bir daha təkrar edirəm ki, insani baxımdan bu hadisə mənim üçün çox təəssüf doğurur”, – Kobaxidze qeyd edib.

Qeyd edək ki, İrakli Qaribaşvili külli miqdarda qanunsuz gəlirlərin leqallaşdırılmasında ittiham olunub. Prokurorluq sabiq baş nazir ilə prosessual razılaşma imzalayıb. Razılaşmaya əsasən, Qaribaşvili 5 il müddətinə azadlıqdan məhrum edilib və ona 1 milyon lari məbləğində cərimə tətbiq edilib. Qaribaşvili bu gün Rustavidəki 12 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb.

Əlaqəli Xəbərlər