İran Rusiyaya 3 milyard dollar dəyərində raket satıb
Şəfa Hüseynli
Tehran Ukraynaya qarşı müharibədə istifadə üçün Moskvaya 2,7 milyard dollar dəyərində ballistik və zenit raketləri tədarük edib.
Operativ Meida xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Bildirilib ki, 2021-ci ilin sonundan bəri Rusiya İran silahlarına 4 milyard dollardan çox pul xərcləyib.
Satınalmalar arasında yüzlərlə "Fath-360" tipli qısa mənzilli ballistik raket, eləcə də təxminən 500 digər qısa mənzilli ballistik raket və hava hücumundan müdafiə sistemləri ilə əlaqəli təxminən 200 zenit raket var.