Azərbaycanın Suriya ilə ticarət dövriyyəsi kəskin artıb
Operativ Media
2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanın Suriya ilə ticarət dövriyyəsinin ümumi həcmi 2024-cü ilin eyni dövrünə nisbətdə 92,1 dəfə artaraq 91,8 milyon dolları üstələyib.
Operativ Media xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Hesabat dövründə ölkənin ümumi ticarət dövriyyəsində Suriya ilə ticarətin payı 0,2 faiz təşkil edib.