Menyu

Qazaxıstan XİN Qara dənizdə tankerlərə hücumla bağlı narahatlığını bildirib

Operativ Media
Qazaxıstan XİN Qara dənizdə tankerlərə hücumla bağlı narahatlığını bildirib

Qazaxıstan Respublikası Xarici İşlər Nazirliyi Qara dənizdəki Xəzər Boru Kəməri Konsorsiumunun dəniz terminalına doğru üzən üç tankerə pilotsuz uçuş aparatlarının hücumları ilə bağlı ciddi narahatlığını bildirib.

Operativ Media xəbər verir ki, müvafiq açıqlama Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Erlan Jetıbayev tərəfindən verilib.

Qeyd olunur ki, hadisələr bu il yanvarın 13-də baş verib. Qazaxıstan tərəfi bir sıra Avropa ölkələrinin səfirləri ilə təcili görüşlər, eləcə də Amerika tərəfi və digər xarici tərəfdaşlarla əlaqələr zamanı beynəlxalq hüquqa ciddi şəkildə uyğun olaraq dəniz yolu da daxil olmaqla karbohidrogen daşınmasının təhlükəsizliyini təmin etmək üçün effektiv tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.

Əlaqəli Xəbərlər