Özbəkistanda Mərkəzi Asiya ölkələri və Çin arasında əməkdaşlığın əlaqələndirilməsi mərkəzi yaradılacaq
Şəfa Hüseynli
Özbəkistanda Mərkəzi Asiya ölkələri və Çin arasında əməkdaşlığın əlaqələndirilməsi mərkəzi yaradılacaq.
Operativ Media xəbər verir ki, bu barədə "Podrobno.uz" məlumat yayıb.
Bildirilib ki, müvafiq qanun Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən imzalanıb.
Qanunu təsdiqləməklə Özbəkistan Respublikası regional inteqrasiya proseslərində daha fəal iştirak edəcək, iqtisadi, investisiya, infrastruktur və nəqliyyat-logistika əlaqələrini inkişaf etdirəcək və dövlətlər arasında ticarət dövriyyəsini artıracaq.