Putin Braziliya prezidenti ilə danışıb
Operativ Media
Rusiya prezidenti Vladimir Putin Braziliya Prezidenti Lula da Silva ilə telefonla danışıb.
Operativ Media xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, liderlər Venesueladakı vəziyyəti müzakirə ediblər.
Putin və Lula da Silva Rusiya və Braziliyanın Bolivar Respublikasının dövlət suverenliyinin və milli maraqlarının təmin edilməsi ilə bağlı ortaq prinsipial yanaşmalarını vurğulayıblar.
Tərəflər Latın Amerikasında və digər regionlarda gərginliyin azaldılmasına nail olmaq üçün səyləri əlaqələndirməyə davam etmək barədə razılığa gəliblər.