http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində komanda hesabında birinci yeri tutub

12 Mart 2023 , 23:24
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində komanda hesabında birinci yeri tutub

Martın 11-12-də Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçirilən yeniyetmələr arasında Avropa Kuboku turnirində Azərbaycan cüdoçuları 3 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıb.

"Operativ Media" xəbər verir ki, Azərbaycan yarışda 50 nəfərdən ibarət heyətlə təmsil olunub.

Turnirin ilk günü Azərbaycan cüdoçuları 1 qızıl və 4 bürünc medal əldə edib.

Turnirin ikinci günündə isə oğlanların yarışında -73 kq. çəkidə Süleyman Şükürov finalda polşalı idmançı Şimon Brzuszczynskini məğlub edərək qızıl medal qazanıb. -81 kq. çəkidə Aslan Kotsoyev final görüşündə Lüksemburq təmsilçisi Miça Velterə qalib gələrək komandamızın aktivinə üçüncü qızıl medalı yazdırıb. +90 kq. çəkidə Ramazan Əhmədov turnirin gümüş medalçısı olub.

-81 kq. çəkidə mübarizə aparan cüdoçu Hüseyn Eyvazlı yarışı 5-ci yerdə tamamlayıb.

Azərbaycan yığması yarışda medal əyarına görə ümumi hesabda və oğlanlar arasında 1-ci yeri tutub.

OXŞAR XƏBƏRLƏR
Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar

Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar

Raman Saley Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb

Raman Saley Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb

Fernandu Santuş: "Azərbaycan millisinə inandığım üçün bura gəlmişəm"

Fernandu Santuş: "Azərbaycan millisinə inandığım üçün bura gəlmişəm"

XƏBƏR LENTİ
  • 00:03

    İran rəhbərliyi paytaxtı Tehrandan köçürmək niyyətindədir
  • Dünən
    23:36

    Keniyada uşaq yataqxanasında baş vermiş yanğında ölənlərin sayı 21-ə çatıb
  • Dünən
    23:12

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib
  • Dünən
    22:49

    Ermənistanda polisə atəş açılıb
  • Dünən
    22:04

    UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir
  • Dünən
    21:50

    Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar
  • Dünən
    21:45

    Raman Saley Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb
  • Dünən
    21:10

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib
Menyu