Misin qiyməti rekord həddə çatıb
Operativ Media
Mis fyuçerslərinin qiyməti bir funt üçün təxminən 6,1 ABŞ dollarına yüksələrək yeni rekord həddə çatıb.
Operativ Media xəbər verir ki, ABŞ-nin emal olunmuş misə yeni tariflər tətbiq edə biləcəyi ilə bağlı narahatlıqlar ölkədə ehtiyatların sürətlə artırılmasına gətirib çıxarıb.
Bununla da digər bazarlarda təklif daha da məhdudlaşıb.
Eyni zamanda, Cənubi Amerikanın əsas istehsalçı ölkələrində ekstremal hava şəraiti, əmək tətilləri və siyasi qeyri-müəyyənlik nəticəsində yaranan fasilələr qlobal tədarükü azaldıb.
Qeyd edək ki, bazarda palladium fyuçersləri də unsiya üçün təxminən 1 895 ABŞ dollarına yüksəlib və son iki həftənin ən yüksək səviyyəsinə çatıb.