Cevdet Yılmaz ABŞ-nin Ankaradakı səfiri ilə görüşüb
Operativ Media
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Prezident Sarayında ABŞ-nin Ankaradakı səfiri Tom Barak ilə görüşüb.
Operativ Media xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Görüşdə müdafiə sənayesi məsələləri, CAATSA sanksiyaları və regional inkişaflar müzakirə olunub.
Bildirilib ki, müzakirələr ikitərəfli münasibətlərin daha da gücləndirilməsinə və konkret sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə yönəlib və iqtisadi və ticarət əlaqələrinin inkişaf etdirilməsi üçün atılan addımlar qiymətləndirilib.