Türkiyə Milli Müdafiə Nazirliyi: İranla sərhədimizin təhlükəsizliyi 24/7 böyük fədakarlıqla qorunur
Şəfa Hüseynli
İranla 560 km-lik sərhədimizin təhlükəsizliyi bölgədəki Sərhəd Bölmələri tərəfindən bütün hava və ərazi şəraitində, 24/7 böyük fədakarlıqla, "Sərhəd bizim şərəfimizdir" anlayışı ilə qorunur.
Operativ Media xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi mətbuat açıqlamasında bildirib.
Nazirliyin açıqlamasında Suriyadakı son vəziyyətlə bağlı aşağıdakı qeydlər yer alıb:
Suriyada bütün etnik qruplara bərabərlik prinsipi əsasında birlik və bütövlüyü təmin etmək üçün fəaliyyət göstərilir.
Suriya ictimai asayişi təmin etmək və vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün Hələbdədir.