İranda etirazçılar insanları öldürdükləri üçün 3500 dollar alıblar
Şəfa Hüseynli
İranda iğtişaşlar zamanı insanları öldürdüklərinə görə etirazçılar 3500 dollar, avtomobilləri yandırdıqlarına görə təxminən 1500 dollar və polis məntəqələrini yandırdıqlarına görə təxminən 500 dollar alıblar.
Operativ Media xəbər verir ki, bu barədə İranın Müdafiə naziri Əziz Nəsirzadə bildirib.
"İranda dağıntılara görə kompensasiya da müəyyən ediblər: hər bir insanın qətli üçün 5 milyard rial (hazırkı bazar məzənnəsi 1,4 milyon rial/dollar ilə təxminən 3500 dollar), yandırılan hər bir avtomobil üçün 2 milyard rial, polis məntəqələrinin yandırılması üçün 800 milyon rial, və hər hansı bir təxribatçı hərəkət üçün 150 milyon rial". - Əziz Nəsirzadə qeyd edib.