Menyu

Ötən il 21 mindən çox Azərbaycan vətəndaşı Özbəkistana turizm məqsədi ilə səfər edib

Şəfa Hüseynli
Ötən il 21 mindən çox Azərbaycan vətəndaşı Özbəkistana turizm məqsədi ilə səfər edib

2025-ci ilin yanvar-noyabr aylarında Özbəkistana ümumilikdə 21,4 min Azərbaycan vətəndaşı turist məqsədi ilə səfər edib. Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 4,9 min nəfər artıb.

Operativ Media xəbər verir ki, bu barədə Özbəkistanın Milli Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, hesabat dövründə Özbəkistana gələn Azərbaycan vətəndaşlarının səyahət məqsədlərinə görə göstəricilərin bölgüsü aşağıdakı kimidir:

Turizm – 13.950 nəfər;

Qohumları ziyarət – 5567 nəfər;

Növbətçi – 1887 nəfər;

Təhsil – 29 nəfər;

Müalicə – 10 nəfər;

Ticarət - 6 nəfər.

Məlumatlar göstərir ki, Azərbaycan vətəndaşlarının Özbəkistana səfərlərinin ən böyük payı turizm və qohumları ziyarət etmək üçün olub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər