ATƏT Ukraynada atəşkəs elan edildikdən sonra ona nəzarət edə bilər
Şəfa Hüseynli
Ukraynada atəşkəs əldə olunarsa Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) bir neçə saat ərzində Ukraynada monitorinqə başlaya biləcək.
Operativ Media xəbər verir ki, bu barədə təşkilatın hazırkı sədri, İsveçrənin xarici işlər naziri İqnazio Kassis bildirib.
"Əgər təşkilat atəşkəsin monitorinqi və sənədləşdirilməsi üçün xidmətlər göstərməyə hazır deyilsə, onun zəruriliyini əsaslandırmaq çətin olacaq". - Kassis qeyd edib.