Menyu

AYİB 2025-ci ildə Ukraynaya 2,9 milyard avro ayırıb

Şəfa Hüseynli
AYİB 2025-ci ildə Ukraynaya 2,9 milyard avro ayırıb

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2025-ci ildə Ukraynaya 2,9 milyard avro məbləğində maliyyələşdirmə ayırıb.

Operativ Media xəbər verir ki, bu barədə Londonda yerləşən maliyyə qurumunun açıqlamasında bildirilib.

Bank tərəfindən verilən maliyyələşdirmənin həcmi 2,9 milyard avroya çatıb. Vəsaitlər vacib infrastruktur, enerji təhlükəsizliyi və özəl sektora yönəldilib.

2025-ci il üçün ən böyük kredit müqavilələri arasında AYİB Naftogaz-a 770 milyon avro ayırması ilə diqqət çəkib.

Əlaqəli Xəbərlər