Menyu

Makron: Fransa Rusiyanın “Oreşnik” hipersəs raket sisteminə oxşar silahlar almalıdır

Əsəd Abbaslı
Makron: Fransa Rusiyanın “Oreşnik” hipersəs raket sisteminə oxşar silahlar almalıdır

Avropa, xüsusilə də Fransa Rusiyanın hipersəsli raketlə təchiz olunmuş “Oreşnik” raket kompleksi ilə analoji silahlara malik olmalıdır.

Operativ Media xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron ölkənin cənubunda yerləşən İstr aviabazasında fransız hərbçilər qarşısında çıxışı zamanı bəyan edib.

Prezident qeyd edib ki, belə silahlar qısa müddətdə vəziyyəti dəyişə biləcək potensiala malikdir.

“Biz də vəziyyəti qısa müddətdə dəyişə bilən bu tip silahlara sahib olmalıyıq”, – Makron bildirib. 

Fransa lideri çıxışı zamanı həmçinin etiraf edib ki, ölkə hazırda Rusiyanın “Oreşnik” raket kompleksinin zərbə radiusunda yerləşir.

Əlaqəli Xəbərlər